Futbol üzrə Azərbaycan Birinci Divizionunda 16-cı tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

“Turan Tovuz” “Neftçi”nin əvəzedicilərini minimal hesabla məğlub edib. “Sumqayıt-2” isə Gəncənin “Kəpəz” klubu üzərində minimal hesablı qələbə qazanıb – 1:0.

Birinci Divizion
16-cı tur

21 fevral

Turan Tovuz – Neftçi-2 1:0
Qol: Elçin Qasımov, 25.
Qırmızı vərəqə: Veysəl Rzayev, 62. (“Turan Tovuz”)
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Teymur Teymurov, İnqilab Məmmədov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

Sumqayıt-2 – Kəpəz 1:0
Qol: Rüfət Abdullazadə, 65-pen.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Səbuhi Əmrahov, İslam Məmmədov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

Keşlə-2 – MOİK 3:1
Qol: Emin Quliyev, 12; 65; 85 – Fuad Məmmədzadə, 60.
Hakimlər: Kamranbəy Rəhimov, Qəzənfər Məmmədov, Elxan Əsgərzadə, Kamal Umudlu
“ASK Arena”

Turun digər oyunları:

Sabah-2 – Səbail-2 0:1
Qarabağ-2 – Zirə-2 5:0