
"Kəpəz"in tikilməkdə olan bazasından yeni görüntülər ÖZƏL FOTOLAR
- 25 Yan 2023 12:00
- 961
AFFA bir müddətdir Gəncədə "Kəpəz" üçün futbol akademiyası da inşaa edir.
Rekord.az xəbər verir ki, əslində akademiya 2022-ci ilin dekabrında yekunlaşmalı idi.
Lakin bu proses baş vermədi. Dünən Gəncədə olan əməkdaşımız akademiyanın tikildiyi əraziyə də baş çəkib. Hazırda tikinti işləri davam edir. Binanın fasad hissəsində ciddi dəyişikliklər var. Deyilənə görə, işlər aprel-may ayına qədər tam yekunlaşmalıdır. Akademiyanın hazırkı durumunu əks etdirən fotoları sizə təqdim edirik: