Son zamanlar “Turan Tovuz”a xüsusi diqqət və qayğı fonunda “Kəpəz” sanki AFFA üçün arxa plana keçib. Sonuncu dəfə komandaya Bakıdan köhnə süni örtük göndərən federasiya bu komandanı tamam yaddan çıxardıb.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisinin Premyer Liqaya gətirilməsi də gündəmdə deyil.

Əldə etdiyimiz məlumata görə, burada əsas problem federasiya rəhbərliyi ilə Gəncə şəhər rəhbərliyinin dil tapa bilməməsidir. AFFA istəyir ki, şəhər rəhbərliyi Gəncə stadionunu təmir etdirsin, kluba əlavə maliyyə yardımı etsin. Şəhər rəhbərliyi isə klubu federasiyanın nəzarətində yox, müstəqil görmək istəyir. İstəyir ki, klubu şəhər rəhbərliyi idarə etsin. İdarəçilik şəhər rəhbərliyinə veriləcəyi təqdirdə stadion problemi də həll olunar, maliyyə də. AFFA isə klubu qəti şəkildə əlindən buraxmaq istəmir. İkili çəkişmənin acısını isə Gəncə futbolu çəkir.