"Kəpəz" klubunun məşqçilər heyəti və futbol veteranları Türkiyənin Gəncədəki konsulluğunda olublar.

Rekord.az xəbər verir ki, gedənlər arasında Tərlan Əhmədov, Vidadi Rzayev, Ədahim Niftəliyev, Nadir Şükürov, Ceyhun Tanrıverdiyev, Tofiq Məmmədov, Firuz Qulami, Emin Mustafayev, Rövşən Əhmədovv və Fazil Pərvərov olublar.

Onlar konsulluğun önünə gül dəstələri qoyaraq, baş vermiş təbii fəlakətdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyiblər.