"Kəpəz"in Gəncəyə dönüşü PFL-dən asılıdır
- 15:00
- 23
Gələn həftə Premyer Liqada yeni mövsüm start götürür.
Rekord.az xəbər verir ki, gəncəli futbolsevərlər səbirsizliklə "Kəpəz"in doğma şəhərə dönüşünü gözləyir.
Bunun üçün isə PFL son qərarını verməlidir. Əldə etdiyimiz məlumata görə, sözügedən qurumun nümayəndələri bu həftə Gəncə stadionuna baxış keçirib Premyer Liqa oyunlarını qəbul etməyə nə dərəcədə hazır olduğuna baxacaq. Bundan sonra isə yekun qərar veriləcək. "Kəpəz"in "Sabah"ı Gəncədə qəbul edib-etməyəcəyi də bundan sonra dəqiqləşəcək.