
"Kəpəz"in Gəncəyə dönüşü maya qədər uzana bilər
- 15:00
- 69
MDB oyunları ilə əlaqədar olaraq Gəncə stadionunda qurulan qurğular tam söküləndən sonra ot örtüyünün salınması prosesinə start veriləcək.
Rekord.az xəbər verir ki, öncə qazonun mart-aprel aylarına qədər hazır olacağı deyilsə də, bu tarix uzana bilər.
Belə ki, stadionda hibrit ot örtüyü sistemindən istifadə olunacaq. Bu isə daha çox diqqət tələb edir. Qış sərt keçəcəyi təqdirdə qazonun daha da möhkəmlənməsi prosesi may ayına qədər uzana bilər. Nazirliyə yaxın mənbədən əldə etdiyimiz məlumaya görə, bu səbəbdən "Kəpəz"in Gəncəyə dönüşü yalnız mayda mümkün ola bilər.