
"Kəpəz"in 3 futbolçusuna millidən təklif gəldi
- 15 Mar 2023 13:45
- 535
Martın 16-da "Dalğa Arena"da U-21 millisinin təlim-məşq toplanışı olacaq.
Rekord.az xəbər verir ki, "Kəpəz"in 3 futbolçusuna bu toplanış üçün dəvət gəlib.
Baş məşqçi Samir Əliyev Samir Məhərrəmli, Mahir Həsənov və Nemət Musayevi sərəncamında görmək istəyib. Bununla bağlı federasiyadan rəsmi məktub artıq "Kəpəz" klubuna göndərilib.