Xəbər verdiyimiz kimi, Gəncə stadionunun qazonu bərbad duruma düşüb.

Rekord.az xəbər verir ki, bu vəziyyətdə PFL Gəncə klubuna evdə oynamaq qadağası qoya bilər.

Komanda növbəti ev oynununa kimi  qazonu normal vəziyyətə salmalıdır ki, bu da çətin görünür. Hər halda klub rəhbərliyi bunun üçün əlindən gələni edəcək və yekun sözü də PFL deyəcək. Bununla belə, əldə etdiyimiz məlumata görə, "Kəpəz" növbəti ev oyunu üçün başqa stadion axtarışına da çıxıb. Əgər PFL icazə verməsə, komanda "Turan Tovuz"u böyük ehtimalla Qəbələdə qəbul edəcək.

Qeyd edək ki, "Kəpəz" növbəti ev oyununu aprelin 15-də "Turan Tovuz"a qarşı keçirəcək.