
“Kəpəz” “Sumqayıt”a böyük hesabla uduzdu
- 17 Avq 2025 22:23
- 50
Misli Premyer Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
“Sumqayıt” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib. Sumqayıtda keçirilən oyunda Gəncə təmsilçisi böyük hesabla uduzub.
Daha öncə keçirilmiş “Karvan” – “Qəbələ” və “Neftçi” – “Şamaxı” oynlarında heç-heçə qeydə alınıb – 1:1. “İmişli” isə “Turan Tovuz”a uduzub – 0:1. “Zirə” – “Araz-Naxçıvan” oyunu avqustun 19-da keçiriləcək. “Sabah” - “Qarabağ” görüşü isə təxirə salınıb.
Misli Premyer Liqası
1-ci tur
17 avqust
“Sumqayıt” – “Kəpəz” 3:0
Qollar: Rüstəm Əhmədzadə, 14. Aleksandr Ramalinqom, 26. Aleksa Yankoviç, 37.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 80. Keffel Resende.
Baş məşqçi: Saşa İliç.
Kəpəz: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 19. Otar Aptsiauri, 38. Cefferson Bento, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feyjao, 55. Donald Donqo.
Baş məşqçi: Adil Şükürov.