
"Kəpəz", "Rəvan" və U-21 millisinin sabiq üzvü "Region Liqası"nda
- 26 Yan 2023 17:00
- 525
Bir vaxtlar ölkənin ən perspektivli futbolçularından sayılan daha bir şəxs "Region Liqası"na üz tutub.
Rekord.az xəbər verir ki, söhbət Ceyhun Cavadovdan gedir.
"Neftçi"nin uşaq futbol məktəbinin yetirməsi olan Ceyhun karyerası ərzində "Neftçala", "Abşeron", "Rəvan", "Sumqayıt", "Kəpəz", "Baku City", "Şahdağ" Qusar və "Ağsu Siti" komandalarının şərəfini qoruyub. 21 yaşa qədər Azərbaycan yığmasında da forma geyinmiş yarımmüdafiəçi, bundan sonra "Füzuli"nin formasını geyinəcək.