"Kəpəz" xorvatiyalı qapıçısı Mario Mustapiçi göndərməyə hazırlaşır.

Rekord.az xəbər verir ki. ötən ilin sonunda komandaya qoşulan əlcək sahibi gözləniləni verə bilmədi.

Tərlan Əhmədov bir sıra oyunlarda ona şans versə də, Mustapiç o qədər də inamlı təsir bağışlamadı. Düzdür, onun göndəriləcəyi hələ 100 faiz dəqiqləşməyib. Çünki klubla müqaviləsi olduğundan qarşılıqlı razılıq əldə olunmalıdır.