
"Kəpəz" ilk transferi ilə müqavilə bağladı
- 19 İyn 2023 16:22
- 338
"Kəpəz" Vurğun Hüseynovun transferini rəsmən açıqlayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Bu, "Kəpəz"in yeni mövsüm üçün ilk transferidir.
Qeyd edək ki, millimizin sabiq üzvü 2013-cü ildən "Sumqayıt"da çıxış edirdi. O, "Qəbələ" və "Turan Tovuz"da da oynayıb.