
“Kəpəz” heyətini hücumçu ilə gücləndirdi
- 18:45
- 51
"Kəpəz" klubu heyətini hücumçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, "sarı-göylər" "Turan Tovuz"un 19 yaşlı hücumçusu Sadiq Şəfiyevi mövsümün sonuna kimi icarəyə götürüb.
Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illərdə və ötən mövsümün 2-ci hissəsində də "Kəpəz"in formasını geyinib.
Şəfiyev aşağı yaş qrupları üzrə millilərin şərəfini qoruyub.