"Kəpəz" - "Gəncəbasar" matçında 6 qol
- 23 Avq 2026 23:41
- 34
Misli Premyer Liqasının 2-ci turunun "Qarabağ"la oyunu təxirə salınan "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv "Gəncəbasar"la üz-üzə gəlib.
Qarşılaşma Premyer Liqa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
"Kəpəz"in heyətində Asuma Abubakar dubl edib. Digər qolları isə Kennet Kalunqa ilə Viktor Stina vurub.