"Kəpəz" rəhbərliyi baş məşqçi Adil Şükürovun qarşısına hədəf qoyub.


Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin İdarə Heyətinin iclasında qərar qəbul olunub.


İdarə Heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürovun iştirak etdiyi iclasda komandanın Premyer Liqanın ilk 3 turunda göstərdiyi nəticələr müzakirə olunub. 


Kollektivin hər üç matçda uduzmasından narahatlığını ifadə edən rəhbərlik baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması ilə bağlı hədəf qoyub.