Kəngərlidə stolüstü tennis üzrə açıq birincilik keçirilib.
- 14 İyn 2023 20:00
- 338
Kəngərli rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş stolüstü tennis üzrə açıq birincilik keçirilib.
Rekord.az xəbər verir ki, Şahtaxtı kəndində reallaşan yarışda 20 məktəbli iştirak edib.İlk üçlük diplomla təltif edilib.
Yekun sıralama:
Oğlanlar
1-ci yer - Sinan Əlişov
2-ci yer - Mahir Mehdiyev
3-cü yer - Ramin Babayev
Qızlar
1-ci yer - Səkinə Sadiqova
2-ci yer – Nigar Məmmədova
3-ci yer - Mahnur Musayeva