Kəngərli rayon şahmat məktəbində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 10 və 12 yaşadək sahmatçılar arasında rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, 12 yaşlıların yarışında Mustafa Bəylərli birinci, Zülfüqar Əliyev və Mədinə Rzayeva ikinci, üçüncü yerlərə sahib çıxıblar.

10 yaşlıların yekun sıralaması isə müvafiq ardıcıllıqla Cəsur Mehdiyev, Hüseyn Seyidov və Tunar Hüseynzadədən ibarət olub.