Xəbər verdiyimiz kimi, növbəti mövsüm I Diviziona gətiriləcəyi gözlənilən komandaların başında "Karvan" gəlir.

Rekord.az xəbər verir ki, Yevlax klubunun rəhbərliyi şəhər stadionunda müəyyən təmir işləri də aparıb.

Komandaya divizionm səviyyəsində yaxşı büdcənin ayrılacağına dair də məlumat almışıq. Bütün bunlar haqda daha geniş bilgi almaq üçün "Karvan"ın baş məşqçisi Kənan Kərimovla əlaqə saxladıq. Kərimov məsələyə belə münasibət bildirdi: "Bildiyiniz kimi, hazırda "Region Liqası"nda çıxış edirik və pley-off mərhələsinə hazırlaşırıq. I Divizionda iştirakla bağlı AFFA-ya müraciət etmişik. Çox ümid edirik ki, federasiya istəyimizə müsbət cavab verəcək. O ki qaldı digər məsələlərə, ilk növbədə "Region Liqası" yarışları başa çatmalıdır. Bundan sonra rəhbəliklə oturub bütün bu məsələləri danışacayıq və bundan sonra hədəflərimiz də bəlli olacaq".