Dekabrın 28-də cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.


Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnir böyüklər, gənclər və yeniyetmələr arasında təşkil olunacaq.


Yarış Beynəlxalq Cüdo Federasiyasının kata qaydalarına və hakimlik standartlarına uyğun baş tutacaq.