
Kaşuk "Sabah"da qalmaq istəyir
- 15 Fev 2023 15:00
- 508
"Sabah"ın qarşıdakı planları içərisində ən öndə gedənlərdən biri də Kaşuku komandada saxlamaqdır.
Rekord.az xəbər verir ki, bir sıra ciddi təkliflər alan ukraynalı futbolçu "Sabah"da qalmağın əlehinə deyil.
Sadəcə, tam keçidlə bağlı məsələlərin problemsiz və qısa müddətdə həllini istəyir və istəyir ki, bütün bunları "Sabah" rəhbərliyi yoluna qoysun. Digər bir məlumata görə isə, Masazır təmsilçisinin heyətində qalacağı halda maaşının artırılmasını da istəyir.