Kasilyas infarkta görə təzminat tələb edir
- 16:00
- 33
İspaniya milli komandasının üzvü, dünya və Avropa çempionu İker Kasilyas Portuqaliyanın "Portu" klubuna qarşı qismən əlillik səbəbindən təzminat tələb edən məhkəmə iddiası qaldırıb.
Rekord.az xəbər verir ki, Kasilyas Portuqaliya məhkəməsində sağlamlığa dəyən ziyana və idman karyerasına məcburi son qoymasına görə 3,7 milyon avro təzminat tələb edən iddia qaldırıb.
Keçmiş futbolçunun sözlərinə görə, "Portu"nun həkimi onu səhvən ürək probleminin həll olunduğuna inandırıb.
Kasilyas həmçinin infarktın Portuqaliya komandası ilə məşq zamanı həddindən artıq fiziki gərginlikdən qaynaqlandığını da irəli sürüb.
Qeyd edək ki, 45 yaşlı Kasilyas 2015-ci ildə "Real"dan "Portu"ya keçib. O, Madrid klubunda beş İspaniya çempionluğu, iki Kral Kuboku və UEFA Super Kuboku, dörd İspaniya Superkuboku, üç Çempionlar Liqası və Klublararası Dünya Kubokunu qazanıb.
İker Kasilyas FİFA-nın "İlin qapıçısı" mükafatının beşqat qalibidir (2008-2012).