“Karvan-Yevlax” “Şamaxı”ya böyük hesabla uduzdu
- 07 Dek 2025 15:52
- 58
Misli Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
Autsayder “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edib. Yevlax şəhər stadionunda keçirilən oyunu Cavid Cəlilov idarə edib. Qonaqlar bu görüşdə 3 xalı 3 cavabsız qolla qazanıblar.
Daha öncə keçirilmiş “Zirə” – “Qarabağ” matçında qalib müəyyənləşməyib – 1:1. “Qəbələ” – “Turan Tovuz” və “Sabah” – “Neftçi” oyunları sabah, “Araz-Naxçıvan” – “Kəpəz” və “Sumqayıt” – “İmişli” oyunları dekabrın 9-da keçiriləcək.
Misli Premyer Liqası
14-cü tur
7 dekabr
“Karvan-Yevlax” – “Şamaxı” 0:3
Qollar: Oruc Məmmədov, 59. Karim Rossi, 70. Dioqo Balau, 82.
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
Yevlax şəhər stadionu, 14:00.
Karvan-Yevlax: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 99. Pedro Mateuş, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 8. Peter Kinqs, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Məşqçi: Elnur Çodarov.