
"Karvan" I Diviziona gətirilir?
- 26 Yan 2023 13:00
- 624
Bir vaxtlar Azərbaycan çempionatında iddialılarından olan Yevlaxın "Karvan" komandası yenidən peşəkar futbola dönə bilər.
Rekord.az-a daxil olan məlumata görə, AFFA növbəti mövsümdən bu komandanı I Diviziona buraxmaq istəyir.
Bununla bağlı Yevlax rayon icra hakimiyyəti və eləcə də, "Karvan" rəhbərliyi ilə də danışılıb. Hətta Yevlax stadionuna baxış da keçirilib və deyilənə görə, məhz bu səbəbdən arenaya yüngülvari əl də gəzdirilib.