
"Karvan" futbolçularının yemək xərcini Kənan Kərimov cibindən ödəyib
- 07 Apr 2022 13:00
- 771
"Region Liqası"nda mübarizəni dayandıran "Karvan"ın, ümumiyyətlə, fəaliyyətini dayandırması haqda yazmışdıq.
Rekord.az xəbər verir ki, baş məşqçi Kənan Kərimov "Karvan"ın yenidən fəaliyyətini bərpa etməsi üçün yerli icra hakimiyyəti və AFFA ilə görüşlər keçirməkdə israrlıdır.
Maraq üçün deyək ki, komandanın yemək xərclərini çox vaxt elə Kərimov özü qarşılayıb. Öz cibinin pulu ilə banan, bizon, şokolad və s. alaraq futbolçulara verib ki, heç olmasa oyun öncəsi mədələri boş qalmasın.