Avropa olimpiya təsnifat turnirində iştirak edən voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanla üz-üzə gəlib və məğlub olub. "Rekord.az" xəbər verir ki, komandamızın xalsız qaldığı görüşdə millimiz üçün daha bir xoş olmayan hal yaşanıb. 

Qarşılaşmanın 4-cü setinin əvvəllərində oyun epizodunda voleybolçumuz Ayşən Abduləzimova sol ayağından zədələnib. Blokçumuz oyunu davam etdirə bilməyib. 

Təcrübəli blokçumuzun  bu gün Polşa ilə keçiriləcək oyunda meydana çıxıb-çıxmayacağı hələ bəlli deyil.