Kapitanımız: "Öz səhvlərimiz də çox oldu"
- 05 İyn 2026 23:05
- 32
Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, komandamız Bakıda İsveçlə qarşılaşıb və quru hesabla məğlub olub.
Oyundan sonra millimizin kapitanı Ayşən Abduləzimova qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Bu gün ilk oyunumuz İsveçə qarşı oldu. Rəqibin güclü olduğunu bilirdik, amma düşünürəm ki, öz səhvlərimiz də çox oldu. Üçüncü setdə daha az səhv etdik, demək olar başa-baş gəldik. Bəlkə son iki xalda səhvimiz olmasaydı oyun davam edəcəkdi. Bunu oyunu unudub Estoniya ilə qarşılaşmaya hazırlaşmalıyıq. Azarkeşlərə də təşəkkürümü bildirirəm, inşallah Estoniya ilə oyunda da bizi dəstəkləyərlər".