Kapitanımız millinin ilk qələbəsi haqqında danışıb
- 09:52
- 38
Bakıda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisi ilk oyununda Portuqaliya ilə qarşılaşıb. "Rekord.az" xəbər verir ki, C qrupu çərçivəsində baş tutan bu görüşdə yığmamız 3:1 hesabı ilə qələbə qazanıb.
Millimizin kapitanı Ayşən Abduləzimova oyunla bağlı fikirlərini bölüşüb:
“İlk olaraq deyim ki, doğma azarkeşlərimizin qarşısında oynamaq çox həyəcanvericidir. Bütün azarkeşlərimizə möhtəşəm dəstəklərinə görə təşəkkür etmək istəyirəm. Məqsədimiz qalib gəlmək idi. Təbii ki, oyunda səhvlərimiz oldu. Qarşıdakı oyunlarda səhvlərimizi minimuma endirib daha yaxşı oynamağa çalışacağıq. Şadıq ki, üç xal qazandıq. Növbəti oyunlarda daha yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik".