
Kanselu "Bavariya"ya keçidini şərh etdi
- 31 Yan 2023 19:00
- 431
"Bavariya"nın yeni transferi Joau Kanselo Münxen klubuna keçidi haqda danışıb.
Rekord.az xəbər verir ki, futbolçu Münxen klubunu xeyli tərifləyib: "Bavariya" dünyanın ən yaxşı klublarından biridir. Bu cür futbolçularla eyni komandada oynamaq mənə inanılmaz motivasiya verir. Bilirəm ki, "bavariya" hər il titul qazanmaq üçün oynayır. Mən də bu yolda "Bavariya" üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, "Bavariya" Kanselunu "Mançester Siti"dən mövsümün sonuna kimi icarəyə götürüb. Münxen klubu futbolçunun transfer hüququnu sonradan 70 milyona almaq imkanına da malikdir.