"Neftçi" bu ilin əvvəlindən "Olimpiakos"da çıxış edən Mamadu Kaneni yenidən icarəyə götürmək niyyətindədir.

Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-a paytaxt təmsilçisindən bildirilib.

Redaksiyamıza daxil olan məlumata görə, klub rəhbərliyi bununla bağlı istəyini Yunanıstandan olan həmkarlarına çatdırıb.

Qarşı tərəf yeni çağırışı qəbul eləsə, qvineyalı yarımmüdafiəçi növbəti sezonu ağ-qara formada keçirəcək.

Hazırda Kanenin işləri heç də yaxşı getmir. Böyük ümidlərlə Bakını Afinaya dəyişən afrikalı yeni klubunda "qara zolaq"dan çıxmağı bacarmır.

Belə ki, artıq 2 aydan artıqdır Yunanıstan təmsilçisində olan qvineyalı legionerə cəmi 66 dəqiqə oynamaq qismət olub.