
Kan Tuxelin təyinatı haqda
- 28 Mar 2023 14:43
- 409
Almaniya millisinin sabiq qapıçısı Oliver Kan Tomas Tuxelin "Bavariya"ya baş məşqçi təyin olunmasına münasibət bildirib.
Rekord.az xəbər verir ki, Münxen klubunda idman direktoru postunu tutan Kan "90 min"-ə açıqlamasında Tuxelin gəlişidən mənmunluq ifadə edib: "Tuxelin məşqçi karyerası diqqət çəkir, qazandığı nəticələr göz önündədir. Əla futbol tərcümeyi-halı var və biz şadıq ki, o, bizim baş məşqçimizdir".