"Neftçi"nin prezidenti postunda dəyişiklik gözlənilmir.

Rekord.az-ın əldə etdiyi məlumata görə, Kamran Quliyev postunda qalacaq.

Halbuki Rövşən Nəcəfin klubun müşahidə şurasının sədri postuna gəlişindən sonra gözlənilirdi ki, yayda klubun rəhbərlik postunda, eləcə də heyətdə ciddi dəyişikliklər olacaq. Lakin gözləntilər baş verməyəcək. Klubun idarəçi şəxslərindən kiminsə gedişi ehtimal olunsa da, Kamran Quliyev postunda qalacaq və yenə də əsas söz sahiblərindən biri olacaq.