Millinin qapıçılar üzrə məşqçisi Kamran Ağayev valideynləri barədə danışıb.

Rekord.az xəbər verir ki, ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı olan keçmiş qapıçı “Xəzər Lənkəran“dan şikayət dolu fikirlər söyləyib.

Ağayev 7 il formasını geyindiyi cənub klubunun ona çoxlu problemlər yarşatdığını bildirib.

Sabiq kiper valideynləri tərəfindən nəyə görə istənilməyən övlad olmasına da aydınlıq gətirib:

“Ata-anadan ayrı böyümüşəm. Müəllim ailəsində doğulmuşam, evin tək oğluyam. Dörd övladıq - üç bacı, bir qardaş.

Böyüklərdən eşitdiyimə görə, yenə də qızları olar deyə, mənim dünyaya gəlməyimi istəməyiblər. Amma Allah oğlan qismət edib. Ailəm idmanla məşğul olmağımı istəməyib”.

Daha ətraflı süjetdə: