Premyer Liqanın 32-ci turunda mövsümün azarkeş rekordunu yenilənib.

Rekord.az xəbər verir ki, "Sumqayıt" öz rekordunu yeniləyib.

Daha öncə "Neftç" ilə oyunda 8100 azarkeş toplayan Sumqayıt təmsilçisinin "Qarabağ"la oyununu 9300 nəfər izləyib. Ümumi üstünlük isə "Turan Tovuz"a məxsusdur. Qışa qədər ən çox azarkeş toplayan Tovuz təmsilçisi qışdan sonra da üstünlüyünü davamk etdirir. Belə ki, yanvar ayından bu günə kimi, komandanın Tovuzda keçirdiyi oyunları ümumilikdə 28500 azarkeş izləyib. İkinci pillədə isə "Sumqayıt" qərarlaşıb. Bu komandanın qışdan sonrakı ev oyunlarına gələn azarkeş sayı 26880 nəfərdi. Azarkeş sayında 3-lük "Neftçi"yə məxsusdur - 12625 nəfər.