Türkiyə 1-ci Liqasında 32-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki,  Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" evdə "Bandırmaspor"la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1. Şeydayev start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.

"Kocaelispor" 55 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.