"Kəpəz" Premyer Liqada qalacağı dəqiqləşdi.

Lakin Rekord.az xəbər verir ki, klubla bağlı dəqiqləşməyən kifayət qədər məsələlər var.

Hazırda heyətdə yer alan futbolçuların böyük əksəriyyətinin klubla müqaviləsi başa çatır. Əldə etdiyimiz məlumata görə, həmin futbolçuların çoxuna digər klublardan təkliflər var. "Kəpəz" aparıcı futbolçularını saxlamaq istəyirsə, ilk növbədə onların maaşını artırmalıdır. Çünki hazırda aşağı maaşa oynayan futbolçular daha yüksək maaş təkliflərini geri çevirmək istəmir. Lakin sponsor və növbəti mövsümlə bağlı büdcə məsələsi naməlum olduğu üçün müqaviləsi bitənlərə də konkret söz demək olmur.  Bundan başqa, komandanın növbəti mövsüm ev oyunlarını hansı stadionda keçirəcəyi də naməlum olaraq qalır.