
Kamran Ağayev de Byazinin köməkçisi olacaq?
- 11 Mar 2022 14:00
- 650
Buna səbəb milli komandamızın təlim-məşq toplanışına start verəcəyidi. Lakin yığmada hələ də qapıçılar üzrə məşqçi postu boşdu.
Rekord.az xəbər verir ki, bu vəzifənin Kamran Ağayevə həvalə olunacağı gözlənilr.
Yığmanın sabiq qapıçı hətta baş məşqçi Canni de Byazi ilə birlikdə oyunları izləməyə də gedir. Görəsən, bu təyinat niyə yubanır? Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq. Qurum rəsmisi bununla bağlı rəsmi məlumatın olmadığını deməklə kifayələndi.