
Kamerun futbolunda böyük qalmaqal: millinin 30 üzvündən 21-i "lipa" çıxdı
- 01 Yan 2023 13:32
- 533
Kamerunun U-17 milli komandasına çağırılan 30 futbolçudan 21-i yaşlarını təsdiqləmək üçün tələb olunan MRT testlərindən keçə bilməyib.
Rekord.az xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyası məlumat yayıb. Onlar Afrika Gənclər Çempionatının seçmə mərhələsində iştirak etməli idilər. Sözügedən 21 oyunçu millinin heyətindən xaric edilib və başqaları ilə əvəzlənib.
“Bu tədbir keçmişdə Kamerun futbolunun imicinə xələl gətirən həyati qeydlərin saxtalaşdırılmasına son qoymaq məqsədilə həyata keçirilib. Federasiya prezidenti tərəfindən bununla əlaqədar ciddi göstərişlər verilib.
Federasiya bu işdə bütün əli olanları, xüsusən də təhsil işçilərini yaş kateqoriyalarına hörmət etməyə çağırır”, - deyə federasiyanın yaydığı bəyanatda bildilir.