“Renn” heyətini yeni futbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Brest”dən Mahdi Kamaranı heyətinə qatıb.


27 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. Transferin məbləği 8 milyon avro təşkil edib.


Kamara ötən mövsüm Liqa 1-də 34 oyun keçirib, 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.