
Kamal Quliyev: "Polislər dedi ki, siz belə edəndən sonra, başqasına nə deyək?"
- 31 Dek 2022 14:00
- 813
Azərbaycan millisinin sabiq üzvü Kamal Quliyev Yeni illə bağlı xatirəsini bölüşüb.
Rekord.az-a açıqlama verən Quliyev futbolçu olduğu dönəmdən söz açıb.
Bölüşdüyü xatirə isə "zırpaket"lə bağlı olub: "Həmin vaxt "Neftçi"də çıxış edirdim, 21-22 yaşım var idi. Yeni il günü dostlarımızla belə danışdıq ki, bölüşüb maşınlara minirik və hər pəncərədən kiçik hissəni açıq qoyuruq. Daha sonra isə sürə-sürə çalışaq ki, bir maşından digər maşına, həmin pəncərədən içəri "zırpaket" ataq. "Zırpaket" də elə "zırpaket" idi ki, partlayanda elə bil qumbara partlayırdı. Bir neçə dəfə bunu etmişdik ki, yol polisləri bizi saxladı. Yaxınlaşanda isə məni tanıdııar. Çünki həmin vaxt həm də millinin aparıcı üzvü idim və tanımırdım. Polis məni görəndən sonra bilmədi nə desin, qayıtdı ki, siz tanınmış idmançısınız, siz də belə edəndən sonra, başqasına nə deyək?".