Mətbuatda veteran futbolçu Kamal Quliyevin AFFA-dan iş təklifi alması haqda məlumatlar gedir.

Rekord.az xəbər verir ki, Kamala Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov zəng edib.

Millimizin sabiq üzvünə konkret hansı postun veriləcəyi bilinmir.

Bizə daxil olan məlumata görə, Quliyevə Məşqçilər Komitəsində yer almaq da təklif olunub. Lakin koronavirusa görə onunla ətraflı söhbət baş tutmayıb. Hər şeyə karantin müddəti başa çatandan sonra aydınlıq gələcək.