
Kafu, Matteus, Əli Daei və başqaları
- 31 Mar 2022 16:21
- 635
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatmasında keçmiş məşhur futbolçular da iştirak edəcəklər.
Rekord.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbol üzrə dünya çempionları – almaniyalı Lotar Matteus və braziliyalı Kafu mərasimin iştirakçıları arasında olacaq. Bundan başqa, mərasimdə milli komandalarda qol sayına görə rekordçu iranlı Əli Daei, olimpiya çempionu nigeriyalı Cey-Cey Okoça və Avstraliya millisinin keçmiş futbolçusu Tim Keyhill də var.
DÇ-2022-nin püşkatması aprelin 1-də keçiriləcək. Mundial 21 noyabr-18 dekabrda təşkil olunacaq.