
Kadinin qolu Avropdada ən yaxışı seçilə bilər
- 29 Mar 2022 16:00
- 561
Avropa Konfrans Liqasının instaqram səhifəsində bu mövsüm qrup mərhələsində vurulan ən baxımlı qollar təqdim edilib.
Rekord.az xəbər verir ki, 9 fərqli futbolçunun vurduğu qol ən yaxşı olmağa namizəddi.
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borgesin Kiprdə “Omoniya”ya vurduğu qol da ən yaxşı qol seçilə bilər.
Turnirin instaqram səhifəsində həmin paylaşımla bağlı bu cür yazılıb: "UEFA Avropa Konfrans Liqasında hansı daha yaxşı qoldu?".
"Qarabağ" Konfrans Liqasının 2-ci turunda "Omoniya"nı səfərdə 4:1 hesabı ilə məğlub edib.