
Jurnalistlər Mehdi Hüseynzadəyə buraxılmır
- 31 Yan 2023 11:15
- 472
Yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun açılışının hansı tarixdə olacağı bilinmir.
Rekord.az xəbər verir ki, yeni stadionun qapıları hətta medianın da üzünə bağlıdır.
Saytımıza daxil olan məlumata görə, bir neçə həmkarımız yeni arena haqda material toplamaq üçün ora getsə də mühafizə onları içəri buraxmayıb. Bildirilib ki, bununla bağlı məlumat birbaşa icra hakimiyyətindən gəlib. Hansısa jurnalist stadiondan nə isə yazmaq istəyirsə bu istəyini birbaşa icra hakimiyyətinə bildirməlidir. İcazənin verilib-verilməməsinə isə sözügedən qurum qərar verir.