
Joau Kanselu: "Real"dan təklif almamışam"
- 15 Fev 2023 20:00
- 449
Qışda icarə qaydasında "Mançester Siti"dən "Bavariya"ya keçən Joau Kanselu "Real"dan təklif alıb-almaması ilə bağlı sualı cavablandırıb.
Rekord.az xəbər verir ki, o, belə bir təklifin olmadığını bildirib: "Əgər bu haqda real danışmaq istəyiriksə, "Real"dan təklif almamışam. Əgər bu cür klub mənimlə maraqlanırsa, bu, çox xoşdur, çünki "Real" dünyanın ən yaxşı klublarındna biridir. Demək ki, mən özüm də futbolçu kimi hər şeyi düz etmişəm ki, bu gün bu klublar mənimlə maraqlanır".