Jiru "Mİlan"la yeni müqavilə bağlaya bilər.

Rekord.az xəbər verir ki, bu haqda açıqlamanı 36 yaşlı futbolçu özü verib.

O, klubun da onun qalmasında maraqlı olduğunu bildirib: "Baxaq, görək necə olacaq. Qabaqcadan heç nə demək istəmirəm. Amma ümid edirəm ki, klubla razılığa gələ biləcəyik."