“Marsel”in futbolçusu Jerson ölkəsinə qayıdıb.

Rekord.az xəbər verir ki, 25 yaşlı futbolçu “Flamenqo”ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat verib.

Tərəflər 2027-ci ilə qədər müqavilə imzalayıb.

Braziliya millisinin üzvü “Fluminense”, “Roma” və “Fiorentina”da oynayıb. Jerson “Marsel”ə 2021-ci ildə “Flamenqo”dan gəlmişdi.