
İtaliya millisinin üzvü həbs edildi
- 29 Mar 2022 11:20
- 472
Futbol üzrə İtaliyanın “Cenoa” klubunun hücumçusu Manolo Portanova həbs edilib.
Rekord.az xəbər verir ki, 22 yaşlı futbolçu gənc qıza cinsi təcavüzdə ittiham olunur.
Hadisə 2021-ci il mayın 30-da Siena şəhərinin mərkəzindəki mənzildə baş verib. Onunla yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq. Daha əvvəl onlar ev dustaqlığına buraxılsa da, 10 aylıq araşdırmadan sonra prokuror şübhəlilərin həbsi barədə göstəriş verib.
Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.