İtaliya millisinin sabiq kapitanı Azərbaycan çempionatında
- 14:38
- 27
Voleybolçu kişilərdən ibarət "Ordu" klubu ulduz oyunçunun transferini rəsmiləşdirib. "Rekord.az" xəbər verir ki, komanda İtaliya millisinin sabiq üzvü və kapitanı İvan Zaytsevlə razılığa gəlib.
37 yaşlı hücumçu ən azı bir il Bakı klubunun uğurları üçün çalışacaq. İ.Zaytsev Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında, həmçinin CEV Çempionlar Liqasında çıxış edib.
Qeyd edək ki, Yüksək Liqanın gümüş medalçısı "Ordu"növbəti mövsümdə Azərbaycan çempionatı ilə yanaşı, "Challenge cup"da da mübarizə aparacaq.