Futbol üzrə İtaliya millisinin Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Rekord.az xəbər verir ki, sözügedən komanda ötən gecə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İngiltərə ilə ev oyununda məğlub olub.

Rəqibinə 1:2 hesabı ilə uduzan bu komanda son olaraq 2006-cı ilin sentyabrında Fransaya uduzmuşdu - 1:3.

İtalyanlar əvvəlki 40 qarşılaşmanın 36-da qələbə qazanıb, 4-dəfə isə heç-heçə ediblər.