İtaliya mətbuatı dünən B Seriyasının lideri "Benevento"nun "Qarabağ"ın müdafiəçisi Faysal Rerrasın xidmətində maraqlı olduğunu və onu transfer etmək istədiyini yazmışdı.

Rekord.az xəbər verir ki, yerli KİV bu gün belçikalı futbolçu ilə bağlı növbəti məlumat yayıb. İddiaya görə, "Benevento" 26 yaşlı oyunçunu indi yox, cari mövsümün sonunda heyətinı qatmaq niyyətindədir.

Hazırda B Seriyasında 3-cü pillədə olan "Krotone"nin də Rerrası transfer etmək istədiyi bildirilir. Ancaq liderin şansları daha yüksək qiymətləndirilir.

Rerrasın "Qarabağ"la yaya kimi müqaviləsi var.